Azərbaycandakı günəş elektrik stansiyaları istehsalı 16% artırıb

Azərbaycandakı günəş elektrik stansiyaları istehsalı 16% artırıb
# 17 avqust 2021 18:02 (UTC +04:00)

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda küləklə işləyən stansiyalar 54 mln. kVt-saat elektrik enerjisi istehsal edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,8% azdır.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, yanvar-iyul aylarında günəş enerjisi ilə işləyən stansiyalar tərəfindən isə 31,5 mln. kVt-saat elektrik enerjisi istehsal edilib (artım 16,2%).

Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycanda 14 868,8 mln. kVt-saata elektrik enerjisi istehsal edilib ki, bu da illik müqayisədə 4% çoxdur.

Ölkədə istehsal edilən elektrik enerjinin 13 467,6 mln. kVt-saat istilik (artım 3,8%), 858,1 mln. kVt-saat su elektrik (artım 13,3%) stansiyaların payına düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR