Azərbaycanın elektroenergetika tarixində yeni rekord qeydə alınıb 

Azərbaycanın elektroenergetika tarixində yeni rekord qeydə alınıb 
# 04 sentyabr 2021 11:47 (UTC +04:00)

“Azərişıq” ASC-nin xidmət göstərdiyi ərazilər üzrə avqust ayı üçün elektrik enerjisinə tələbatda rekord göstərici qeydə alınıb.

"Azərişıq”dan "APA-Economics"ə verilən məlumata görə, ötən ay havanın temperaturunun mövsüm normasından yuxarı olması səbəbindən soyutma və havalandırma avadanlıqlarının istifadəsinə tələbat yüksək olub. Bu da, təbii olaraq elektrik enerjisi istehlakının artmasına səbəb olub.

Məlumataa görə, bu ilin avqust ayı ərzində enerji göstəricisinə təlabat 2020-ci il ilin müvafiq dövrü ilə müqayisədə gündəlik ortalama olaraq 16,1 mln. kVts artıb. Avqust ayının 10-u elektrik enerjisinin günlük tələbatı “Azərişıq” ASC üzrə 72,2 mln. kVts qeydə alınmışdır ki, bu da elektroenergetika tarixində rekord göstərici olub. Avqust ayında ümumi artım keçən ilin müvafiq dövrü ilə müqayisədə 500 mln. kVts-dır.

“Azərişıq” ASC tərəfindən abonentlərə xəbərdarlıq edilir ki, soyutma və havalandırma avadanlıqlarından fasiləsiz istifadə enerji artımına səbəb olur ki, bu da istifadə edilən elektrik enerjisinin dəyərini artırır. İstifadə edilən elektrik enerjisinin dəyərinin artması növbəti hesabat ayında təqdim olunan bildirişlərdə öz əksini tapacaq.

“Abonentlərimizdən bir daha xahiş olunur ki, elektrik enerjisindən istifadədə təhlükəsizlik qaydalarına riayət etsinlər. Həmçinin hər bir abonent sahə personalına müraciət etməklə sayğac göstəricilərinin qeydiyyata alınmasında şəxsən iştirak edə bilər.

Ayrıca qeyd etmək istəyirik ki, oxunma qrafiklərindən kənarlaşmaların aradan qaldırılması, indeks göstəricilərinin sistemə daxil edilməsində insan faktorunun və xətanın 0-a endirilməsi eyni zamanda hesabat dövrünün qüsursuz icra edilməsi üçün “Azərişıq” ASC-də yeni layihələrdən biri olan, sayğacların optik göz vasitəsilə oxunması işi reallaşdırılır. Sayğac göstəricilərinin birbaşa sistemə ötürülməsi insan faktoru olmadan həyata keçirilir”, - deyə “Azərişıq” ASC-dən bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR