Azərbaycanın neft məhsullarının ixracından gəlirləri 74% artıb

Azərbaycanın neft məhsullarının ixracından gəlirləri 74% artıb
# 17 iyul 2021 10:40 (UTC +04:00)

Bu ilin birinci yarısında Azərbaycan 283 001,56 min ABŞ dolları dəyərində 646 011,05 ton neft məhsulları ixrac edib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2020-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 73,7%, həcmi isə 6,5% artıb.

Qeyd edək ki, ötən ilin müvafiq dövründə Azərbaycan 162 928,54 min dollar dəyərində 606 553,31 ton neft məhsulları ixrac edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR