Azərbaycanın neft-qaz sektoruna sərmayələr artıb

Azərbaycanın neft-qaz sektoruna sərmayələr artıb
# 19 may 2021 17:25 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın neft-qaz sektoruna 1 821,1 mln. manat həcmində vəsait yönəldilib ki, bu da illik müqayisədə 0,8% çoxdur.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, ötən ilin müvafiq dövründə bu göstərici 1 806,7 mln. manat təşkil edib.

Xatırladaq ki, 2020-ci ildə neft-qaz sektoruna 5 879,7 mln. manatlıq vəsait yönəldilib. Bu göstərici əvvəlki illə müqayisədə 7,1% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR