Azərbaycanın qaz ixracından gəlirləri 56% artıb

Azərbaycanın qaz ixracından gəlirləri 56% artıb
# 18 oktyabr 2021 10:42 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 2 951 453,24 min ABŞ dolları dəyərində 14 927 128,82 min kubmetr təbii qaz ixrac edib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi hesabat əsasında apardığı hesablamalarına görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi təbii qazın dəyəri 2020-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 56%, həcmi isə 47% artıb.

Xatırladaq ki, ötən ilin yanvar-sentyabr aylarında Azərbaycan 1 702 883,25 min dollar dəyərində 8 994 930,81 kubmetr qaz ixrac edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR