Azərbaycanın sənaye zonalarında indiyədək 4,2 mlrd. manatlıq məhsul istehsal olunub

Mikayıl Cabbarov

© APA | Mikayıl Cabbarov

# 12 iyul 2021 12:44 (UTC +04:00)

Azərbaycanın qeyri-neft sektorunun inkişafında əlverişli mexanizm olan sənaye zonalarında 2021-ci ilin birinci yarısında 824 mln. manatlıq – ötən ilin eyni dövrü ilə müqayisədə 38% çox məhsul istehsal edilib, 268 mln. manatlıq ixrac həyata keçirilib.

"APA-Economics" xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.

Nazir əlavə edib ki, ümumilikdə, indiyədək sənaye zonalarında 4,2 mlrd. manatlıq məhsul istehsal olunub ki, bunun da 1,1 mlrd. manatlıq hissəsi ixrac edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR