Azərbaycanla BƏƏ arasında alternativ enerji üzrə əməkdaşlıq müzakirə olunub

İqtisadiyyat naziri Mikayıl Cabbarovun “Masdar” şirkətinin icraçı direktoru Mohamed Jameel Al Ramahi ilə görüşü

© APA | İqtisadiyyat naziri Mikayıl Cabbarovun “Masdar” şirkətinin icraçı direktoru Mohamed Jameel Al Ramahi ilə görüşü

# 04 noyabr 2021 19:43 (UTC +04:00)

Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov “Masdar” şirkətinin icraçı direktoru Mohamed Jameel Al Ramahi ilə görüşüb.

APA-Economics” xəbər verir ki, o, bu barədə “Twitter” hesabında yazıb.

Nazir qeyd edib ki, görüşdə külək və günəş enerjisi, bərk məişət tullantılarının yandırılması, "yaşıl” hidrogen istehsalı və digər mövzularda əməkdaşlıq məsələləri müzakirə edilib.

"Enerji istehsalının bərpa olunan mənbələr hesabına şaxələndirilməsi əsas prioritetlərdəndir",- nazir əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR