"AzerGold"un geoloqlarının elmi tədqiqat işi beynəlxalq konfransda yüksək nəticə əldə edib

"AzerGold"un geoloqlarının elmi tədqiqat işi beynəlxalq konfransda yüksək nəticə əldə edib
# 06 oktyabr 2021 09:41 (UTC +04:00)

4-5 oktyabr tarixlərində "AzerGold" Qapalı Səhmdar Cəmiyyəti (QSC) 15-ci Beynəlxalq Geologiya Mühəndisliyi və Yer Elmləri Konfransında təmsil olunub.

"APA-Economics"ə şirkətdən verilən məlumata görə, ənənəvi olaraq hər il keçirilən və dünyanın nüfuzlu alim və tədqiqatçılarını bir araya toplayan elmi konfrans videobağlantı formatında təşkil edilib. Beynəlxalq konfransda Səhmdar Cəmiyyətin Geoloji kəşfiyyat şöbəsinin əməkdaşları Samir Verdiyev, Nabat Qocayeva və Nərminə İsmayılova "Mühəndislik və fizika elmlərinin tədqiqi" panelində qrup şəklində hazırlanan 3 elmi məqalə ilə çıxış ediblər.

Samir Verdiyev "Filizçay polimetal yatağının sedex tipli filizlərinin petroqrafik xüsusiyyətləri" (həmmüəlliflər: Samir Verdiyev, Fuad Huseynov, İslam Quliyev, Coşqun İsmayıl), Nabat Qocayeva "Çovdar" filiz sahəsinin şimal hissəsində epitermal qızıl sulfid satellit yataqlarının yaranmasının struktur-litoloji şərtləri" (həmmüəlliflər: Nabat Qocayeva, Mikayıl Nağıyev, Sultan Cəfərov, Gülər Mikayılova), Nərminə İsmayılova isə "Tülallar" filiz daşıyan quruluşun qızıl filizinin minerallaşmasının sənaye baxımından dəyərli yığımlarının konsentrasiya şərtləri" (həmmüəlliflər: Nərminə İsmayılova, Şamil Zabitov, Fuad Əsgərzadə, Raqif Seyfullayev) mövzularında çıxış edərək, elmi işlərin təqdimatını ediblər.

Konfransın ikinci günü sözügedən elmi məqalələrin qiymətləndirilməsi həyata keçirilib. Nərminə İsmayılova tərəfindən təqdim olunan məqalə komitə üzvləri tərəfindən yüksək qiymətləndirilərək fərqlənmə sertifikatına layiq görülüb. Hər üç məqalənin konfransın elmi dərgisində dərc edilməsi nəzərdə tutulur.

"AzerGold" QSC ölkənin milli dağ-mədən şirkəti olaraq, geologiya elminin inkişafı, gənc geoloqlar nəslinin yetişdirilməsinə də mühüm töhfələr verir. Səhmdar Cəmiyyət bu məqsədlə Azərbaycanda fəaliyyət göstərən bir sıra elmi tədiqat müəssisələri ilə sıx əməkdaşlıq edir. Bununla yanaşı, şirkətin geoloq mütəxəsisləri beynəlxalq elmi platformalarda təmsil olunur, tələbələrə mühazirələr oxuyur, ustad dərsləri həyata keçirirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR