“Azeri Light” nefti həftə ərzində 6% ucuzlaşıb

“Azeri Light” nefti həftə ərzində 6% ucuzlaşıb
# 26 iyul 2021 10:05 (UTC +04:00)

Ötən həftə ərzində (19-23 iyul) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 71,54 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 4,21 dollar və ya 5,6% azdır.

"APA-Economics"in məlumatına görə, həftə ərzində ən yüksək göstərici (II gün) – 69,32 dollar təşkil edib, ən minimal göstərici (V gün) isə 73,95 dollar səviyyəsində olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR