“Azərişıq” “Məşğulluq marafonu”na qoşulub

“Azərişıq” “Məşğulluq marafonu”na qoşulub
# 24 avqust 2021 12:10 (UTC +04:00)

“Azərişıq” ASC Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və müharibədə yaralanan qəhrəmanların məşğulluğuna dəstək olmaq məqsədi ilə keçirilən “Məşğulluq marafonu”na dəstək olub.

ASC-dən “APA-Economics”ə verilən məlumata görə, müəssisə tərəfindən vakant iş yerləri müəyyənləşdirilərək, işə qəbula başlanılıb.

Qeyd edək ki, “Məşğulluq marafonu” Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə, Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və müharibədə yaralanan qəhrəmanların məşğulluğuna dəstək məqsədilə keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR