Bakıda sənaye istehsalı 22%-dək artıb

Bakıda sənaye istehsalı 22%-dək artıb
# 30 iyun 2021 12:24 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Bakının sənaye sahəsində istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 15,2 mlrd. manat təşkil edib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 2,7 mlrd. manat və ya 21,6% çoxdur.

"APA-Economics"in Bakı Şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, sənaye məhsulunun 75,8%-i mədənçıxarma, 20,8%-i emal, 2,7%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. Sənayedə qeyri-dövlət sektorunun payı 83,2% olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 90,5%, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 9,5% təşkil edib.

"İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 iyun 2021-ci il vəziyyətinə 317,7 mln. manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 61,9 mln. manat məbləğində digər məhsullar da mövcud olub", - idarənin məlumatında deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR