Bakıda sənaye istehsalı 5% artıb

Bakıda sənaye istehsalı 5% artıb
# 24 avqust 2021 12:02 (UTC +04:00)

Bu ilin yanvar-iyul aylarında Bakıda sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,9% artaraq 22,3 mlrd. manat təşkil edib.

Bakı Şəhər Statistika İdarəsindən “APA-Ecomonics”ə verilən məlumata görə, sənaye məhsulunun 75,5%-i mədənçıxarma, 21,3%-i emal, 2,4%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

“Sənayedə qeyri-dövlət sektorunun payı 83,1% olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 91,2%, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 8,8% təşkil edib”, - məlumatda bildirilib.

Məlumata görə, istehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 avqust 2021-ci il vəziyyətinə 317,2 mln. manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 72,4 mln. manat məbləğində digər məhsullar da mövcud olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR