Bakıda sənaye istehsalı artıb

Bakıda sənaye istehsalı artıb
# 04 avqust 2021 12:50 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Bakı üzrə sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,2% artaraq 18,7 mlrd. manat təşkil edib.

Bakı Statistika İdarəsindən “APA-Economics”ə verilən məlumata görə, sənaye məhsulunun 75,7%-i mədənçıxarma, 21%-i emal, 2,5%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olununb.

Məlumata görə, hesabat dövründə sənayedə qeyri-dövlət sektorunun payı 83,3% olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 90,9%, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 9,% təşkil edib.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 iyul 2021-ci il vəziyyətinə 354,8 mln. manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 57,3 mln. manat məbləğində digər məhsullar da mövcud olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR