Bakıda sənaye istehsalı artıb

Bakıda sənaye istehsalı artıb
# 03 noyabr 2021 11:45 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Bakı üzrə sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,9% artaraq 29,7 mlrd. manat təşkil edib.

Bakı Statistika İdarəsindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə sənaye məhsulunun 75,1%-i mədənçıxarma, 21,8%-i emal, 2,3%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Məlumata görə, sənayedə qeyri-dövlət sektorunun payı 82,8% olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 91,4%, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 8,6% təşkil edib.

“İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 oktyabr 2021-ci il vəziyyətinə 298,3 mln. manatlıq hazır məhsul ehtiyatı olunub”, - məlumatda deyilir.

Qeyd olunur ki, sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 74,5 mln. manat məbləğində digər məhsullar da mövcud olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR