Bakının sənaye istehsalı kəskin artıb

Bakının sənaye istehsalı kəskin artıb
# 01 oktyabr 2021 16:39 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında Bakı üzrə sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 26 mlrd. manat təşkil edib, bu da illik müqayisədə 32% çoxdur.

Bakı Statistika İdarəsindən “APA-Economics”ə verilən məlumata görə, sənaye məhsulunun 75,2%-i mədənçıxarma, 21,6%-i emal, 2,4%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Məlumata görə, sənayedə qeyri-dövlət sektorunun payı 82,8% olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 91,3%, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 8,7% təşkil edib.

Qeyd olunur ki, istehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 sentyabr 2021-ci il vəziyyətinə 301,7 mln. manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 73,1 mln. manat məbləğində digər məhsullar da mövcud olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR