Bakının ticarət dövriyyəsinin həcmi 1%-dək artıb

Bakının ticarət dövriyyəsinin həcmi 1%-dək artıb
# 30 iyun 2021 12:29 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2020-ci ilin analoji dövrü ilə müqayisədə 0,8% artaraq 8 608,1 mln. manat olub.

"APA-Economics"in Bakı Şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2% artaraq 4 130,2 mln. manata, qeyri-ərzaq məhsullarının həcmi isə 0,2% azalaraq 4 477,9 milyon manata bərabər olub.

"İstehlak məhsullarının 37,6%-i hüquqi şəxs statuslu müəssisələrdə, 39,5%-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 22,9%-i isə paytaxtın məhsul bazarlarında satılıb", - idarənin məlumatında deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR