"Barclays" gələn il üçün neft qiymətləri üzrə proqnozunu yüksəldib

"Barclays" gələn il üçün neft qiymətləri üzrə proqnozunu yüksəldib
# 24 noyabr 2021 11:02 (UTC +04:00)

Böyük Britaniyanın və dünyanın ən böyük maliyyə konqlomeratlarından biri olan "Barclays" bankı 2022-ci il üçün neftin orta qiyməti üzrə proqnozunu yüksəldib.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bank qiymət üzrə proqnozunu 3 ABŞ dollar artıraraq "Brent" markalı neft üçün 80 dollaradək, WTI nefti üçün isə 77 dollaradək yüksəldib.

Bankın ekspertlərinin fikrincə, xammal ehtiyatlarının daha sürətli azalması və tədarük tərəfdən ehtiyatlı reaksiya gözlənilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR