Bərk Məişət Tullantılarının Yandırılması Zavodu elektrik enerjisinin istehsalını artırıb

Bərk Məişət Tullantılarının Yandırılması Zavodu elektrik enerjisinin istehsalını artırıb
# 24 may 2021 13:08 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında Bərk Məişət Tullantılarının Yandırılması Zavodu 73,42 mln. kVt-saat elektrik enerjisi istehsal edib ki, bu da illik müqayisədə 2,3% çoxdur.

Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə Azərbaycanda külək elektrik stansiyalarında 31,12 mln. kVt-saat, günəş elektrik stansiyalarında isə 14,2 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.

Məlumata görə, hesabat dövründə külək, günəş stansiyalar və Bərk Məişət Tullantılarının Yandırılması Zavodu tərəfindən 118,7 mln. kVt-saat enerjisi istehsal edilib, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 1 mln. kVt-saat və ya 0,84% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR