Bərpa olunan elektrik enerjisi istehsalçılarının seçilmə qaydası müəyyənləşib

Bərpa olunan elektrik enerjisi istehsalçılarının seçilmə qaydası müəyyənləşib
# 03 noyabr 2021 12:57 (UTC +04:00)

“Elektrik enerjisindən istifadə Qaydaları”na dəyişiklik edilib.

APA-nın məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliyə əsasən, bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi qaydası, habelə bərpa olunan enerji mənbələrinin ərazisində hərrac və ya birbaşa cəlbetmə yolu ilə seçilmiş elektrik enerjisi istehsalçısı ilə bağlanılan müqavilələrin xüsusiyyətləri və şərtləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyənləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR