Bir sıra Avropa ölkələrində elektrik enerjisinin qiymətləri rekord həddə artıb

Bir sıra Avropa ölkələrində elektrik enerjisinin qiymətləri rekord həddə artıb
# 28 iyun 2021 10:39 (UTC +04:00)

Anomal istilər Baltikyanı ölkələrdə və Şərqi Avropada elektrik enerjisi qiymətlərinin kəskin artmasına səbəb olub, bəzi ölkələrdə 1 MVt saatının spot qiyməti 100 avronu keçib.

APA-Economics”in “Kommersant”a istinadən verdiyi xəbərə görə, Litvada son bir həftə ərzində (21-27 iyun) 1 MVt saatın orta qiymət 85,5 avro təşkil edib ki, bu da ayın əvvəlindəki göstəricidən 28% çoxdur. Bu, 2015-ci ilin payızından bəri son altı ildə ölkə üçün ən yüksək qiymət səviyyəsi hesab olunur.

Estoniyada 1 MVt üçün orta həftəlik spot qiymət 24% artaraq 76,15 avroya, Latviyada isə 37% artaraq 85,5 avroya yüksəlib.

Elektrik enerjisinin qiymətlərindəki artım Avropa İttifaqının digər ölkələrində də müşahidə edilib. Belə ki, həftə ərzində Polşada 1 MVt-ın qiyməti 88 avronu, Macarıstan və Çexiyada isə pik saatlarda bu göstərici 100 avronu üstələyib. Bu, isti hava şəraitində kondisionerlərin işlədilməsində kəskin artımla və külək enerjisi istehsalında azalma ilə əlaqələndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR