Bolqarıstan Serbiya və Macarıstana qazın tranzitini bərpa edib

Bolqarıstan Serbiya və Macarıstana qazın tranzitini bərpa edib
# 03 noyabr 2021 13:07 (UTC +04:00)

Təmir işlərindən sonra Transbalkan kəməri vasitəsi ilə Bolqarıstan ərazisi ilə Serbiya və Macarıstana Rusiya qazının tranziti bərpa olunub.

"APA-Economics"in məlumatına görə, sözügedən ölkələrə qazın nəqli bu gün bərpa olunub.

Xatırladaq ki, noyabrın 1-də Bolqarıstanın şimal-şərqindəki Vetrino kəndi yaxınlığında qaz kəmərinin partlaması səbəbindən Bolqarıstandan Serbiya və Macarıstana Rusiya qazının nəqli dayandırılmışdı. Təmir işlərini Bolqarıstanın qaz şəbəkəsi operatoru "Bulgartransgaz" şirkəti həyata keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR