BP alternativ enerji sahəsində Azərbaycanla tərəfdaşlıq edəcək

Qrem Stüart

© APA | Qrem Stüart

# 21 may 2021 15:10 (UTC +04:00)

"BP şirkəti hazırda alternativ enerji mənbələrinə keçidi həyata keçirir və düşünürəm ki, şirkət Azərbaycanın da alternativ enerjiyə keçidi prosesində ölkənin tərəfdaşı olacaq".

Bunu "APA-Economics"ə Böyük Britaniyanın Beynəlxalq Ticarət Departamentinin İxracat üzrə naziri Qrem Stüart (Graham Stuart) deyib.

Onun sözlərinə görə, hazırda ölkədə diversifikasiya prosesi gedir və Böyük Britaniya bu prosesin yalnız enerji sektorunda deyil, həm də digər sahələrdə də iştirak etmək niyyətindədir.

Nazir qeyd edib, ki London dünyanın maliyyə mərkəzidir və bunu nəzərə alaraq, Azərbaycanla maliyyə sektorunda daha sıx əməkdaşlıq mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR