BP Azərbaycanda üç sosial layihəni başa çatdırıb

BP Azərbaycanda üç sosial layihəni başa çatdırıb
# 16 iyul 2021 11:58 (UTC +04:00)

BP şirkəti "Azəri-Çıraq-Günəşli", Bakı-Tbilisi-Ceyhan neft kəməri, "Şahdəniz" və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları – SOCAR, TPAO, "Petronas", MOL, "Lukoil", "Nico", "Equinor", "Inpex", "ExxonMobil", SGC, "Itochu", ONGC, "Total", "Eni" – adından özünün əməliyyatçısı olduğu ixrac boru kəmərləri boyunca yerləşən icmaların inkişafına yönəlmiş üç layihənin uğurla tamamlandığını elan edib.

BP-dən “APA-Economics”ə verilən məlumata görə, bu layihələrin ümumi dəyəri təxminən 900 min manatdır. Layihələr Tovuz, Ağstafa və Kürdəmir rayonlarında həyata keçirilib.

Məlumata görə, 2020-ci ildə BP və onun idarə etdiyi birgə müəssisələrdəki tərəfdaşları Azərbaycanda sosial sərmayə layihələrinə 3,2 mln. ABŞ dolları vəsait xərcləyib. Bundan əlavə, 2020-ci ildə təkcə BP ölkədə müxtəlif sosial və sponsorluq layihələri çərçivəsində 4,2 mln. dollardan çox vəsait xərcləyib.

Qeyd edək ki, Azərbaycanda BP şirkətində 2 400 nəfərdən çox milli kadr işləyir və bu da şirkətin ixtisaslı işçilərinin 90%-ni təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR