BP: Dünya hələ uzun illər neft-qazdan asılı qalacaq

BP: Dünya hələ uzun illər neft-qazdan asılı qalacaq
# 17 noyabr 2021 15:40 (UTC +04:00)

Neft və qaz kimi ənənəvi xammal hələ uzun illər və onilliklər ərzində qlobal enerji sisteminin bir hissəsi olaraq qalacaq.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata, bunu Böyük Britaniyanın BP neft-qaz şirkətinin baş direktoru Bernard Luni bildirib.

O, dünya ictimaiyyətini diqqəti ideoloji mövqelərə deyil, zərərli emissiyaların azaldılması üzrə fəaliyyətlərə yönəltməyə çağırıb. B. Luni həmçinin istehlakçılar üçün yanacağın bahalaşmasının qarşısının alınmasını zəruri sayır.

Eyni zamanda, BP-nin rəhbəri bərpa olunan enerji mənbələrinə keçid üzrə fəal səylərə baxmayaraq, karbohidrogenlərin gələcəkdə də müəyyən rol oynayacağını proqnozlaşdırır. Ən yaxşı çıxış variantı isə atmosferə tullantıların azaltmaq üçün ənənəvi enerji mənbələrinin hasilatını və emalını balanslaşdırmaqdır.

B. Luni onu da vurğulayıb ki, neft və qaz tədarükünün kəskin azalmasına yol vermək olmaz. Bu, istehlak qiymətlərinin kəskin artmasına səbəb olacaq və bu da vətəndaşların qlobal enerji keçidinin əleyhinə çıxması ilə nəticələnə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR