BP: Neft-qaz sahəsində "agile" yanaşması dünyada ilk dəfə Azərbaycanda tətbiq olunub

Bəxtiyar Aslanbəyli

© APA | Bəxtiyar Aslanbəyli

# 03 dekabr 2021 11:52 (UTC +04:00)

"Fəxrlə deyə bilərəm ki, neft-qaz sahəsində "agile" (çevik) yanaşmanı tətbiq edən ilk şirkət BP-dir".

"APA-Economics"in məlumatına görə, bu barədə BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli "UNEC İqtisadi Forumu"nda çıxış edərkən deyib.

Onun sözlərinə görə, BP şirkətində sözügedən yanaşmanın pilotu Azərbaycanda gerçəkləşib: "Yəni bütövlükdə dünya miqyasında neft-qazda, "upstream"də "agile" yanaşmanın tətbiqi ilk dəfə Azərbaycanda reallaşıb".

B. Aslanbəyli onu da qeyd edib ki, bu proses şirkətdə 2018-ci ildən başlayıb və ilk olaraq 70 nəfərlik komanda işə başlamışdı: "Hazırda 14 mindən çox insan bu keçiddə fəaliyyət göstərir və 700-dən artıq "agile" yanaşma yaranıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR