Braziliya OPEC-ə qoşulmaq niyyətində deyil

Braziliya OPEC-ə qoşulmaq niyyətində deyil
# 17 noyabr 2021 12:11 (UTC +04:00)

Braziliya hazırda Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) qoşulmağı planlaşdırmır, lakin təşkilatla əməkdaşlıq formatında qarşılıqlı fəaliyyətə qəti qərar verib.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə ölkənin energetika və mədən sənayesi naziri Bento Kosta Lima Albukerke bildirib.

"Hazırda OPEC-ə daxil olmaq planları yoxdur. Amma biz onlarla əməkdaşlıq formatında işləməyə davam edirik", - nazir qeyd edib.

O, Braziliyanın dünyanın yeddinci ən böyük neft hasilatı və ixracatçısı olduğunu vurğulayıb: "Ona görə biz qərara gəldik ki, OPEC və "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs – red.) ilə yaxşı münasibətlərimiz olmalıdır".

Braziliya Prezidenti Jair Bolsonaru 2019-cu ilin oktyabrında ölkəsini OPEC-də görmək istədiyini bəyan etmişdi. Onun fikrincə, Braziliyanın bunun üçün potensialı var, çünki onun ərazisində böyük neft ehtiyatlar mövcuddur. Lakin həmin vaxt bu bəyanatlar öz inkişafını tapmadı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR