"Brent" neftinin qiyməti 2019-cu ilin mayından ilk dəfə 72 dolları ötüb

#
# 17:34
4 iyun 2021

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2021-ci ilin avqust müqaviləsinin dəyəri Bakı vaxtı ilə saat 17:22-də 1,18% artaraq 1 barelə görə 72,15 dollar təşkil edib.

"APA-Economics"in məlumatına görə, sonuncu dəfə "Brent" nefti 72 dollardan yuxarı 2019-cu ilin may ayında ticarət olunub. Hazırda sözügedən markalı neft 71-72 dollar civarında ticarət olunur.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin iyulunda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,91% artaraq 69,72 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR