"Brent" neftinin qiyməti 82 dolları ötüb

"Brent" neftinin qiyməti 82 dolları ötüb
# 05 oktyabr 2021 15:11 (UTC +04:00)

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2021-ci ilin dekabr müqaviləsinin dəyəri 2018-ci ilin oktyabrın 11-dən ilk dəfə olaraq 82 ABŞ dollarını ötüb.

"APA-Economics"in məlumatına görə, "Brent" neftinin qiyməti 0,98% artaraq hazırda 82,06 dollar təşkil edir.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin noyabrda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,85% artaraq 78,28 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR