BTC ilə bu il 99 mln. barelə yaxın neft nəql edilib

BTC ilə bu il 99 mln. barelə yaxın neft nəql edilib
# 02 avqust 2021 11:56 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 98 927 min barel neft nəql edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,9% azdır.

"APA-Economics"in Türkiyənin borularla nəqletmə operatoru olan "BOTAŞ" şirkətinə istinadən verdiyi məlumata görə, 2020-ci ilin yanvar-iyun aylarında kəmər vasitəsilə Türkiyə ərazisi ilə 111 076 min barel neft nəql edilib.

Xatırladaq ki, ötən il Türkiyə ərazisi ilə BTC kəməri vasitəsilə 208 064 min barelə yaxın neft nəql edilib ki, bu da 2019-cu ilin göstəricisi müqayisədə 11,5% azdır.

Qeyd edək ki, BTC kəməri ilə Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlarında hasil edilən neft idxal edilir. Bundan başqa, kəmər vasitəsi ilə digər istehsalçıların nefti də Türkiyə ərazisinə göndərilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR