BTC ilə indiyədək 438 mln. tondan çox Azərbaycan nefti nəql olunub

BTC ilə indiyədək 438 mln. tondan çox Azərbaycan nefti nəql olunub
# 24 iyun 2021 15:15 (UTC +04:00)

İndiyə qədər Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyə və dünya bazarlarına təkcə Azərbaycanın təxminən 438 mln. tondan çox nefti nəql olunub.

Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, bu barədə energetika Naziri Pərviz Şahbazov Azərbaycanın ev sahibliyi ilə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) energetika nazirlərinin IV iclası çərçivəsində deyib.

Onun sözlərinə görə, son üç ildə, təxminən, 20,7 mln. ton həcmində Türkmənistan mənşəli xam neft və neft məhsulları, həmçinin ötən il 106 min ton Qazaxıstan nefti də BTC boru kəməri vasitəsilə dünya bazarına nəql olunub.

Nazir onu da qeyd edib ki, indiyədək qaz kəmərləri ilə Türkiyəyə 82 mlrd. kubmetr təbii qazın çatdırılmasını təmin edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR