BTC ilə Türkiyə ərazisi ilə neftin nəqli 6% azalıb

BTC ilə Türkiyə ərazisi ilə neftin nəqli 6% azalıb
# 24 noyabr 2021 10:05 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 164 958 min barel neft nəql edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,3% azdır.

"APA-Economics"in Türkiyənin borularla nəqletmə operatoru olan "BOTAŞ" şirkətinə istinadən verdiyi məlumata görə, 2020-ci ilin yanvar-oktyabr aylarında kəmər vasitəsilə Türkiyə ərazisi ilə 175 965 min barel neft nəql edilib.

Xatırladaq ki, ötən il Türkiyə ərazisi ilə BTC kəməri vasitəsilə 208 064 min barelə yaxın neft nəql edilib ki, bu da 2019-cu ilin göstəricisi müqayisədə 11,5% azdır.

Qeyd edək ki, BTC kəməri ilə Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlarında hasil edilən neft idxal edilir. Bundan başqa, kəmər vasitəsi ilə digər istehsalçıların nefti də Türkiyə ərazisinə göndərilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR