Bu həftə Azərbaycan neftinin orta qiyməti 73 dollara yaxın olub 

Bu həftə Azərbaycan neftinin orta qiyməti 73 dollara yaxın olub 
# 04 sentyabr 2021 14:12 (UTC +04:00)

Bu həftə ərzində (30 avqust-3 sentyabr) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 72,76 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 2,62 dollar və ya 3,74% çoxdur.

"APA-Economics"in məlumatına görə, həftə ərzində ən yüksək göstərici (IV gün) – 73,96 dollar təşkil edib, ən minimal göstərici (III gün) isə 71,32 dollar səviyyəsində olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR