Bu il Azərbaycanda 940 minik avtomobili istehsal edilib

Bu il Azərbaycanda 940 minik avtomobili istehsal edilib
# 17 avqust 2021 18:20 (UTC +04:00)

2021-ci ilin yanvar-iyul aylarında Azərbaycan 940 vahid minik avtomobili istehsal edib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 12,5% azdır.

Təkcə iyul ayında 145 avtomobil buraxılıb ki, bu da iyun ayı ilə müqayisədə 3 avtomobil çoxdur. Avqustun 1-nə hazır məhsul ehtiyatı isə 141-ə bərabərdir.

Xatırladaq ki, 2020-ci ildə Azərbaycanda minik avtomobillərinin istehsal 17,4% azalaraq 1 949 vahid təşkil edib. Ötən il minik avtomobillərinin istehsalında azalma koronavirus pandemiyası çərçivəsində ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədar olub. Belə ki, 2020-ci ilin aprelindən ölkədə minik avtomobillərinin istehsalı dayandırılıb.

İstehsal ötən ilin iyununda bərpa olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR