BVF: Karbon emissiyalarının qlobal qiyməti 25 dəfə artırılmalıdır

BVF: Karbon emissiyalarının qlobal qiyməti 25 dəfə artırılmalıdır
# 03 noyabr 2021 16:32 (UTC +04:00)

Dünyada karbon emissiyalarının orta qiyməti 2030-cu il üçün 25 dəfə artırılmalıdır.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru Kristalina Georgiyeva COP26 iqlim konfransında bildirib.

Onun sözlərinə görə, hazırda bir ton karbon emissiyasının orta qlobal qiyməti 3 ABŞ dolları təşkil edir, lakin 2030-cu il üçün bu göstərici ən azı 75 dollar təşkil eləməlidir.

Xatırladaq ki, bazar ertəsi Şotlandiyanın Qlazqo şəhərində Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP26) Tərəflər Konfransının 26-cı sessiyası çərçivəsində Dünya Liderlərinin Zirvə görüşü başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR