Ceyhan terminalından yola salınan tankerlərin sayı 4,9 mini ötüb

Ceyhan terminalından yola salınan tankerlərin sayı 4,9 mini ötüb
# 18 noyabr 2021 10:11 (UTC +04:00)

Türkiyənin "BOTAS International Limited" (BIL) şirkəti tərəfindən Ceyhan neft terminalından bu günədək 3,75 mlrd. barelə yaxın neft yola salınıb.

Bu barədə "APA-Economics"ə BIL-dən bildirilib.

Qeyd edək ki, Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri ilə Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlarında hasil edilən neft idxal edilir. Bundan başqa, kəmər vasitəsi ilə digər istehsalçıların nefti də Türkiyə ərazisinə göndərilir.

Məlumata görə, hesabat dövründə terminaldan 4 901 tanker neft ilə yüklənilib və yola salınıb. Bu il (oktyabr 1-nə olan vəziyyətə görə) Ceyhan neft terminalından 174 220,4 min barel neft 242 tankerə yüklənilərək göndərilib.

Xatırladaq ki, BIL 2001-ci ildən etibarən BTC-nin Türkiyə ərazisində istismarı ilə məşğul olur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR