Çin dünyanın ən böyük şist neft yatağını kəşf edib

Çin dünyanın ən böyük şist neft yatağını kəşf edib
# 23 iyun 2021 17:43 (UTC +04:00)

Çinin neft nəhəngi sayılan CNPC şirkəti tərəfindən ölkə ərazisində dünyanın ən böyük şist neft yatağı kəşf olunub. Yataq Çinin Qansu vilayətində aşkar edilib.

"APA-Economics"in RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, "Ordos" yatağının ehtiyatlarının 1 mlrd. ton təşkil etdiyi bildirilir.

Çin işlənməsinə iki il əvvəl başlayan yeni bir yataq sayəsində neft idxalından asılılığın artımını dayandıra biləcək. Bu gün ölkənin neft istehlakının əksər hissəsi (70%) digər ölkələrin tədarükündən asılıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR