Çin kömür idxalını kəskin artırıb

Çin kömür idxalını kəskin artırıb
# 08 noyabr 2021 14:08 (UTC +04:00)

Çin bu ilin oktyabr ayında kömür idxalını təxminən iki dəfə artırıb.

"APA-Economics"in məlumatına görə, bu barədə Rusiya mətbuatı Çinin Baş Gömrük İdarəsinə istinadən xəbər verir.

Məlumata görə, Pekin keçən ay xarici təchizatçılardan 26,9 mln. ton kömür alıb ki, bu da 2020-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 96,2% çoxdur.

Eyni zamanda, sentyabr ayı ilə müqayisədə oktyabrda Çin kömürün idxalını 18,2% azaldıb. Ümumilikdə, yanvar-oktyabr aylarında Çin 257,34 mln. ton kömür idxal edib ki, bu da illik müqayisədə 1,9% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR