Çin polad istehsalını artırıb

Çin polad istehsalını artırıb
# 07 dekabr 2021 13:33 (UTC +04:00)

Dünyanın ən böyük polad istehsalçısı sayılan Çin 2021-ci ilin yanvar-sentyabr aylarında poladəritmənin həcmini illik müqayisədə 2% artıraraq 805,89 mln. tona çatdırıb.

"APA-Economics"in məlumatına görə, bu barədə Çinin İnkişaf və İslahatlar üzrə Dövlət Komitəsinin açıqlamasında deyilir.

Qeyd olunur ki, hesabat dövründə Çinin polad ixracı 31,3% artaraq 53,02 mln. tona çatıb, idxalı isə 28,9% azalaraq 10,72 mln. tona düşüb.

Sentyabrda polad qiymətləri həm əvvəlki ayla müqayisədə, həm də 2020-ci ilin eyni ayına nisbətən artıb.

Qeyd edək ki, 2020-ci ilin sonunda Çində polad istehsalı 5,2% artaraq 1,05 mlrd. ton olub.

Xatırladaq ki, 2020-ci ildə dünyada polad istehsalı əvvəlki illə müqayisədə 0,9% azalaraq təxminən 1,829 mlrd. ton təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR