Daha iki şirkət işğaldan azad edilmiş ərazilərimizdə bərpa olunan enerji layihələrinə maraq göstərir

Energetika naziri “Neqsol Holding” və “Nobel Oil” şirkətlərinin baş icraçı direktorlarını qəbul edib

© APA | Energetika naziri “Neqsol Holding” və “Nobel Oil” şirkətlərinin baş icraçı direktorlarını qəbul edib

# 03 iyul 2021 10:20 (UTC +04:00)

Energetika naziri Pərviz Şahbazov “Neqsol Holding” şirkətinin baş icraçı direktoru Yusif Cabbarov və “Nobel Oil” şirkətinin baş icraçı direktoru Vüqar Səmədlini qəbul edib.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə şirkətlər, onların fəaliyyət sahələri, beynəlxalq bazarlarda gerçəkləşdirilən layihələri, gələcək planları haqqında məlumat verilib, Azərbaycanda, xüsusi ilə işğaldan azad edilmiş ərazilərimizdə bərpa olunan enerji layihələrində iştirakla bağlı maraq ifadə edilib.

Məlumata görə, energetika sahəsində müxtəlif istiqamətlərdə, o cümlədən “yaşıl enerji”dən istifadənin genişləndirilməsi üzrə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR