"Dostluq" yatağında hasilata yekun razılaşmadan 3-5 il sonra başlanıla bilər

"Dostluq" yatağında hasilata yekun razılaşmadan 3-5 il sonra başlanıla bilər
# 14 sentyabr 2021 17:02 (UTC +04:00)

Azərbaycan və Türkmənistan arasında yekun razılaşma əldə olunduqdan 3-5 il sonra "Dostluq" yatağında hasilat başlaya bilər.

"APA-Economics"in ICIS analitika şirkətinə istinadən verdiyi məlumata görə, bunu SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov deyib.

Qeyd edək ki, Azərbaycan və Türkmənistanın dəniz sərhədində yerləşən "Dostluq" neft və qaz kondensatı yatağı 1986-cı ildə Azərbaycan neftçiləri tərəfindən kəşf edilib.

Bu ilin yanvarın 21-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu" imzalanıb. Yatağın neft ehtiyatlarının təqribən 60 mln. ton, təbii qaz ehtiyatlarının isə 100 mlrd. kubmetr olduğu güman edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR