Dünya Enerji Şurası: Avropanın yaşadığı enerji böhranı geosiyasi xarakter daşımır

Dünya Enerji Şurası: Avropanın yaşadığı enerji böhranı geosiyasi xarakter daşımır
# 18 oktyabr 2021 14:44 (UTC +04:00)

Avropada və dünyanın digər bölgələrində yer alan enerji böhranı geosiyasi xarakter daşımır.

"APA-Economics"in məlumatına görə, bunu RİA "Novosti"yə Dünya Enerji Şurasının Baş katibi Ancela Vilkinson deyib.

Onun sözlərinə görə, yaranmış vəziyyət tələbatın gözlənilməz şəkildə bərpası və bölgələrin bazarı bir-birindən əlindən almaq cəhdi kimi bir çox amillərin birləşməsindən yaranıb.

A. Vilkins vurğulayıb ki, dünyanın hər yerindən qaz tədarükçüləri daha yüksək qiymətlər axtararaq Asiyaya üstünlük verirlər.

Bundan əlavə, o, mövcud vəziyyətin keçmişdəki enerji böhranlarına bənzəmədiyini və yeni bir fenomen olduğunu qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR