EIA 2021-ci il üçün neft qiymətləri üzrə proqnozunu azaldıb  

EIA 2021-ci il üçün neft qiymətləri üzrə proqnozunu azaldıb  
# 09 sentyabr 2021 09:45 (UTC +04:00)

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) 2021-ci il üçün neftin qiyməti üzrə proqnozunu azaldıb.

"APA-Economics"in EIA-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, 2021-ci ildə sözügedən markalı neftin ortalama qiymətinin 68,61 dollar səviyyəsində olacağı gözlənilir, bu, əvvəlki proqnozla müqayisədə 0,1 dollar azdır.

EIA-in proqnozuna əsasən, 2022-ci ildə "Brent" neftinin qiyməti 66,04 dollar səviyyəsində olacağı gözlənilir (avqustda verilən proqnoz göstəricisinə bərabərdir).

EIA-in hesablamalarına görə, ötən il "Brent" markalı neftin bir barelinin orta qiyməti 41,69 dollar olub.

Hesabata əsasən, WTI markalı neftin orta qiyməti 2021-ci ildə 65,69 dollar (ötən proqnoza əsasən 65,93 dollar) səviyyəsində olacağı proqnozlaşdırılır. 2022-ci ildə isə bu göstəricinin 62,37 dollara çatacağı gözlənilir (öncəki proqnoza bərabərdir).

Hesabatda həmçinin qeyd olunur ki, ötən il WTI markalı neftin orta qiyməti 39,17 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR