EIA Azərbaycanın gələn il üçün neft hasilatı üzrə proqnozunu azaldıb

EIA Azərbaycanın gələn il üçün neft hasilatı üzrə proqnozunu azaldıb
# 08 dekabr 2021 09:43 (UTC +04:00)

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) Azərbaycanda 2022-ci il üçün gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu azaldıb.

"APA-Economics"in EIA-yə istinadən verdiyi məlumata görə, bu il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 720 min barel təşkil edəcək ki, bu da əvvəlki proqnoza (noyabr ayında verilib – red.) bərabərdir.

Qurumun proqnozuna görə, 2022-ci ildə ölkədə gündəlik neft hasilatı artaraq 740 min barel təşkil edəcək (əvvəlki proqnozdan 10 min barel azdır).

EIA-in göstəricilərinə əsasən, ötən il Azərbaycanda orta gündəlik neft və digər maye karbohidrogenlər hasilatı 700 min barel səviyyəsində olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR