EIA Azərbaycanın neft hasilatı üzrə proqnozunu açıqlayıb

EIA Azərbaycanın neft hasilatı üzrə proqnozunu açıqlayıb
# 09 iyun 2021 10:54 (UTC +04:00)

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) Azərbaycanda 2021-2022-ci illər üçün gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu cüzi azaldıb.

"APA-Economics"in EIA-yə istinadən verdiyi məlumata görə, bu il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 730 min barel təşkil edəcək ki, bu da əvvəlki proqnozdan (may ayında verilib – red.) 10 min barel azdır.

Qurumun proqnozuna görə, 2022-ci ildə ölkədə gündəlik neft hasilatı artaraq 780 min barel təşkil edəcək. Bu, mayda verilən proqnozla müqayisədə 10 min barel azdır.

EIA-in göstəricilərinə əsasən, ötən il Azərbaycanda orta gündəlik neft və digər maye karbohidrogenlər hasilatı 700 min barel səviyyəsində olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR