EIA Azərbaycanın neft hasilatı üzrə proqnozunu artırıb

EIA Azərbaycanın neft hasilatı üzrə proqnozunu artırıb
# 09 sentyabr 2021 09:26 (UTC +04:00)

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) Azərbaycanda 2021-2022-ci illər üçün gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu dəyişib.

"APA-Economics"in EIA-yə istinadən verdiyi məlumata görə, bu il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 740 min barel təşkil edəcək ki, bu da əvvəlki proqnozdan (avqust ayında verilib – red.) 20 min barel çoxdur.

Qurumun proqnozuna görə, 2022-ci ildə ölkədə gündəlik neft hasilatı artaraq 800 min barel təşkil edəcək. Bu, avqustda verilən proqnozla müqayisədə 20 min barel çoxdur.

EIA-in göstəricilərinə əsasən, ötən il Azərbaycanda orta gündəlik neft və digər maye karbohidrogenlər hasilatı 700 min barel səviyyəsində olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR