EIA maye karbohidrogenlərin qlobal hasilatı üzrə proqnozunu yüksəldib

EIA maye karbohidrogenlərin qlobal hasilatı üzrə proqnozunu yüksəldib
# 10 noyabr 2021 10:48 (UTC +04:00)

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) 2021-2022-ci illər üçün maye karbohidrogenlərin gündəlik qlobal hasilatı üzrə proqnozunu yüksəldib.

"APA-Ecocomics"in EIA-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, bu il üçün maye karbohidrogenlərin gündəlik qlobal istehsalı ortalama 95,97 mln. barel səviyyəsində olacaq ki, bu da əvvəlki proqnoz göstəricisindən 0,11 mln. barel çoxdur.

Hesabata əsasən, 2022-ci ildə maye karbohidrogenlərin gündəlik istehsalı 101,42 mln. barel olacaq, bu, ötən proqnozla müqayisədə 0,1 mln. barel çoxdur.

Hesabatda qeyd olunur ki, 2020-ci ildə qlobal gündəlik istehsal 94,19 mln. barel təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR