EIA maye karbohidrogenlərin qlobal tələbatı üzrə proqnozunu korrektə edib

EIA maye karbohidrogenlərin qlobal tələbatı üzrə proqnozunu korrektə edib
# 14 oktyabr 2021 10:30 (UTC +04:00)

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) 2021-ci il üçün maye karbohidrogenlərin gündəlik qlobal tələbatı üzrə proqnozunu cüzi yüksəldib.

"APA-Ecocomics"in EIA-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, bu il üçün maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 97,47 mln. barel səviyyəsində olacaq ki, bu da əvvəlki proqnoz göstəricisindən 0,09 mln. barel çoxdur.

Hesabata əsasən, 2022-ci ildə maye karbohidrogenlərə olan gündəlik tələbat 100,95 mln. barel olacaq, bu, ötən proqnozla müqayisədə 0,06 mln. barel azdır.

Hesabatda qeyd olunur ki, 2020-ci ildə qlobal gündəlik istehlak 92,42 mln. barel təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR