EIA neft qiymətləri üzrə proqnozunu endirib

EIA neft qiymətləri üzrə proqnozunu endirib
# 08 dekabr 2021 10:04 (UTC +04:00)

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) 2021-2022-ci illər üçün neftin qiyməti üzrə proqnozunu azaldıb.

"APA-Economics"in EIA-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, 2021-ci ildə sözügedən markalı neftin ortalama qiymətinin 70,6 dollar səviyyəsində olacağı gözlənilir. Bu, əvvəlki proqnozla müqayisədə 0,99 dollar azdır.

EIA-in proqnozuna əsasən, 2022-ci ildə "Brent" neftinin qiyməti 70,05 dollar səviyyəsində olacağı gözlənilir, bu da öncəki proqnoz göstəricisindən 1,86 dollar azdır.

EIA-in hesablamalarına görə, ötən il "Brent" markalı neftin bir barelinin orta qiyməti 41,69 dollar olub.

Hesabata əsasən, WTI markalı neftin orta qiyməti 2021-ci ildə 67,87 dollar (ötən proqnoza əsasən 69,02 dollar) səviyyəsində olacağı proqnozlaşdırılır. 2022-ci ildə isə bu göstəricinin 66,42 dollara çatacağı gözlənilir (öncəki proqnoza görə 68,28 dollara bərabərdir).

Hesabatda həmçinin qeyd olunur ki, ötən il WTI markalı neftin orta qiyməti 39,17 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR