EIA neft qiymətləri üzrə proqnozunu yüksəldib

EIA neft qiymətləri üzrə proqnozunu yüksəldib
# 10 noyabr 2021 09:52 (UTC +04:00)

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) 2021-2022-ci illər üçün neftin qiyməti üzrə proqnozunu yüksəldib.

"APA-Economics"in EIA-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, 2021-ci ildə sözügedən markalı neftin ortalama qiymətinin 71,59 dollar səviyyəsində olacağı gözlənilir. Bu, əvvəlki proqnozla müqayisədə 0,21 dollar çoxdur.

EIA-in proqnozuna əsasən, 2022-ci ildə "Brent" neftinin qiyməti 71,91 dollar səviyyəsində olacağı gözlənilir, bu da öncəki proqnoz göstəricisinə bərabərdir.

EIA-in hesablamalarına görə, ötən il "Brent" markalı neftin bir barelinin orta qiyməti 41,69 dollar olub.

Hesabata əsasən, WTI markalı neftin orta qiyməti 2021-ci ildə 69,02 dollar (ötən proqnoza əsasən 68,48 dollar) səviyyəsində olacağı proqnozlaşdırılır. 2022-ci ildə isə bu göstəricinin 68,28 dollara çatacağı gözlənilir (öncəki proqnoza görə 68,24 dollara bərabərdir).

Hesabatda həmçinin qeyd olunur ki, ötən il WTI markalı neftin orta qiyməti 39,17 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR