EIA neftin qiymətləri üzrə proqnozunu kəskin artırıb

EIA neftin qiymətləri üzrə proqnozunu kəskin artırıb
# 16 may 2021 10:59 (UTC +04:00)

Bu il ərzində ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) "Brent" markalı neftin orta qiyməti üzrə proqnozunu 18,14% və ya 9,56 dollar yüksəldib.

Bu barədə “APA-Economics”in EIA-ın yanvar-may aylarında dərc edilən hesabatları bazasında apardığı hesablamalara istinadən xəbər verir. Hesablama yanvar və may aylarında verilən proqnozlar əsasında aparılıb.

Məlumata görə, hesabat dövründə ən yüksən proqnoz həddi – bir barel üçün 62,28 dollar – aprel ayında qeydə alınıb, bu da may proqnozu ilə müqayisədə 0,02 dollar çoxdur. Ən aşağı proqnoz həddi EIA-ın yanvar ayı üçün dərc etdiyi hesabatda verilib – 52,7 dollar.

Bununla yanaşı, qurumun 2022-ci il üçün də “Brent” nefti üzrə verdiyi proqnozunda da kəskin artım müşahidə etmək olar. Belə ki, EIA-ın may hesabatında sözügedən neft markasının bir barel üçün qiyməti 60,74 dollar (il ərzində qeydə alınan pik proqnoz həddi) səviyyəsində proqnozlaşdırılır, bu da yanvarda verilən proqnozla müqayisədə 13,66% və ya 7,3 dollar çoxdur. Cari ilin yanvar ayında isə bu göstərici 53,44 dolar (minimal proqnoz həddi) təşkil edib.

Qeyd edək ki, 2020-ci ildə “Brent” neftinin orta qiyməti 41,69 dollar təşkil edib.

Hesablamalara görə, EIA-ın WTI markalı neftin orta qiyməti üzrə 2021-ci il üçün proqnozu il ərzində (yanvar-may ayları) 18,53% və ya 9,21 dollar artıb. Belə ki, il ərzində 2021-ci il üçün pik proqnoz həddi 58,91 dollar (may ayı), minimal proqnoz həddi isə 49,7 dollar (yanvar ayı) təşkil edib.

Hesablamalara əsasən, 2022-ci il üçün göstərici üzrə proqnoz 14,41% və ya 7,18 dollar artırılıb. İl ərzində 2022-ci il üçün pik proqnoz həddi 56,99 dollar (may ayı), minimal proqnoz həddi isə 49,81 dollar (yanvar ayı) təşkil edib.

Ötən il WTI markalı neftin orta qiyməti 39,17 dollar səviyyəsində olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR